Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Nəzərdən qorumaq istədilər, amma...körpənin mədəsindən bunlar çıxdı

Nəzərdən qorumaq istədilər, amma...körpənin mədəsindən bunlar çıxdı
Sakura

Nəzərdən qorumaq istədilər, amma...körpənin mədəsindən bunlar çıxdı

Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.

Trend-in məlumatına görə, hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı ayrıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.

Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.

Körpənin yaxınlarının Trend-ə verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR