Slimfit
  1. SİYASƏT

"Nəzarət-buraxılış məntəqəsi Azərbaycanın BMT tərəfindən tanınmış ərazisində quraşdırılıb" - Deputat

"Nəzarət-buraxılış məntəqəsi Azərbaycanın BMT tərəfindən tanınmış ərazisində quraşdırılıb" - Deputat
Sakura

"Nəzarət-buraxılış məntəqəsi Azərbaycanın BMT tərəfindən tanınmış ərazisində quraşdırılıb" - Deputat

"Azərbaycan Sərhəd Qoşunlarının Laçın-Xankəndi yolunun Ermənistanla sərhəd olan nöqtəsində məhz nəzarət-buraxılış məntəqəsinin açılması çox mühüm əhəmiyyət kəsb edən və tarixi bir məsələdir. 1988-ci ildən başlayaraq erməni təcavüzü, təxribatı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisinə müxtəlif istiqamətlərdə silah və sursatın daşınması, hərbi birləşmələrin gətirilməsi məhz bu yollardan istifadə olunurdu. Əsas istiqamətdən biri məhz bu yoldur".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsəni qurmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktına əsasən, onun maddələrinə uyğun olaraq biz ermənilər üçün Laçın dəhlizi kimi mühüm əhəmiyyət kəsb edən bir arteriya vermişdik:

"Lakin bunlar bu yoldan ancaq silah-sursat və qanunsuz hərbi birləşmələrin, hətta minaların daşınması ilə məşğul olurdular. Bunun qarşısını almaq istiqamətində Azərbaycan ordusu tərəfindən bir sıra əməliyyatlar keçirildi. Buna baxmayaraq, onlar alternativ olaraq quru yollar, digər ərazilərdən keçməklə müxtəlif istiqamətlər axtarmağa başladılar. Əsas məqamlardan biri odur ki, bir neçə gün öncə Ermənistan tərəfi bu yolun başlanğıcında, daha doğrusu, sərhəddə özlərinin nəzarət-buraxılış məntəqəsini yaratmaqla şərti sərhəd olan yerdə postlarını qurmağa cəhd etdilər. Onların da bir neçə məqsədi vardı. Bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduqlarını bir daha göstərmək üçün idi ki, bura sərhəddir. Təbii ki, nə delimitasiya, nə demarkasiya olmamış ərazilərdə hansısa sərhədin yerləşdirilməsi məsələsi absurd bir məsələ idi. Bunu etməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının marağını cəlb etməyə çalışdılar. Guya sərhəd də burdandır və bunlar Qarabağ separatçılarına gedən yola nəzarəti ələ keçirmək istədilər. Lakin bunun qarşısı ciddi cəhdlə alındı. Bu gün artıq Azərbaycan öz nəzarət-buraxılış məntəqəsini qurub və buradan istənilən yükün, istənilən silah-sursatın daşınmasının qarşısını almaq, bunları yoxlamaq iqtidarındadırlar. Çünki ermənilərin etdiyi hərəkətlər nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmaması, delimitasiya, demarkasiyaya getməmək kimi hərəkətlərdir".

Deputat onu da vurğuladı ki, dəfələrlə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, öz əməllərində əks işlərlə məşğul idilər:

"Buna görə də bu, çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bundan sonra Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, kim Azərbaycan bayrağı altında və Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlığımızı qəbul edib, ərazimizdə yaşayacaqsa, onlar üçün bu yoldan maneəsiz hərəkətlər olacaq, maneəsiz hərəkət edəcəklər, digərləri isə əgər Azərbaycan Konstitusiyasına qarşı hər hansı bir cinayət işi varsa, mütləq şəkildə cavab verəcəklər və ərazini tərk etməlidirlər. Bu, artıq demək olar ki, Qarabağa gələn yolların birmənalı şəkildə bağlanması, yəni bu yollardan qanunsuz istifadənin qarşısını almaq deməkdir. Bir daha qeyd etmək istərdim ki, bu, çox tarixi bir gün və tarixi bir hadisədir".

Arzu Nağıyev eyni zamanda ABŞ və Fransanın Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qurmasına etiraz etməsinə də münasibət bildirdi.

"Əsas məqamlardan biri odur ki, məhz nəzarət-buraxılış məntəqəsinin qurulması haqqında Rusiyanın sülhməramlı qüvvələri, eyni zamanda Türkiyə-Rusiya Monitorinq Mərkəzi məlumatlandırılıb. Azərbaycan tərəfinin hansısa beynəlxalq hüququ və bu hərəkəti etməkdə hər hansı bir hüquqi normanı pozmadığı onlara da məlumdur. Çünki onlar da bu məsələni heç bir şəkildə qabartmadılar. Çünki əsas məqam odur ki, Azərbaycan heç bir beynəlxalq hüquq və normaları pozmadı. Eyni zamanda qeyd etmək istəyirəm ki, istər ABŞ, istər Fransanın verdiyi bəyanatlar ancaq tövsiyə xarakteri daşıya bilər. Onlar Azərbaycanın beynəlxalq hüquqa zidd hansısa hərəkəti ilə bağlı bəyanat verə bilməzlər. Çünki Azərbaycan Sərhəd Qoşunları, nəzarət-buraxılış məntəqəsi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ərazisində quraşdırılıb və öz funksiyasını yerinə yetirəcəkdir. Sadəcə olaraq, qondarma separatçı quruma guya insan haqlarının tapdalanması ilə bağlı bəyanatlarla hər iki dövlət özünün xarici siyasətini guya həyata keçirir. Bunlar da absurd məsələdir. Çünki biz heç kimin nə ərazi bütövlüyünü, nə hüquqlarını tapdalayırıq. Separatçı qüvvələr haqqında da biz öz fikrimizi bildirmişik. Kim Azərbaycan bayrağı altında Konstitusiyasına uyğun olaraq yaşamaq istəyirsə, yaşayacaqdır. Cinayət törədibsə, buna görə öz cavabını verməlidir", - deyə deputat vurğuladı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR