Dərc edildi: Baxış sayı: 616
Neymar klubunun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb
Fransa PSJ-sinin futbolçusu Neymar klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.
"Report"un məlumatına görə, Paris təmsilçisinin bu gündən başlanan mövsümöncəsi hazırlıq prosesinə braziliyalı hücumçu qatılmayıb. Klub yaydığı açıqlamada Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.
Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya "Barselona"sı geri qaytarmaq niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət