Dərc edildi: Baxış sayı: 589
Neymar “Barselona”ya görə 100 milyon avrodan imtina edib
PSJ-nin braziliyalı ulduzu Neymar fransız klubunun təklif etdiyi 100 milyon avro məbləğində müqavilədən imtina edib.
“Mundo Deportivo” xəbər verir ki, buna səbəb 28 yaşlı futbolçunun “Barselona” klubuna qayıtmaq istəməsidir.
Hətta futbolçu Kataloniya klubunda indikindən 50 faiz az maaş almağa razıdır.
Neymarın PSJ ilə 2022-ci ilə qədər müqaviləsi var.
Xatırladaq ki, hücumçunun 2017-ci ildə İspaniya klubundan PSJ-yə keçməsi rekord məbləğə (222 milyon avro) baş tutmuşdu.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət