Yuxu olmadan normal təmizlənmə mümkün deyil
Ens.az xəbər verir ki, Çindəki Fudan və Tsindao Universitetləri, təxminən 22.00-da yatmağa gedən və təxminən 6-7 saat yatan insanlarda Alzheimer xəstəliyinin inkişaf riskinin azaldığını göstərib. Nəticələr, 40-88 yaş arası 736 nəfərin istirak etdiyi araşdırmadan əldə olunub. Mütəxəssislər iştirakçıların serebrospinal mayesindəki amiloid-beta zülalının (xəstəliyin törədicisi) səviyyəsini ölçüblər. Həmçinin yuxunun keyfiyyəti və vərdişlər haqqında məlumatlar da təhlil edilib.
Gecə dörd saatdan az və ya 10 saatdan çox yatan insanlarda beta-amiloid zülalının toplanma səviyyəsinin daha yüksək olduğu ortaya çıxıb. Axşam saat 22.00 radələrində yatağa gedən və təxminən 6-7 saat yatan insanlarda isə amiloid- beta zülalının toplanmasının ən aşağı səviyyəsi qeydə alınıb. Həmçinin, gündüz yuxululuğunun artdığını bildirən iştirakçı qadınlar zəhərli zülal yığımının daha yüksək səviyyəsinə malik olublar.
Yeri gəlmişkən, əvvəlki tədqiqatlar göstərir ki, yalnızca bir yuxusuz gecə Alzheimer xəstəliyinin inkişafına səbəb olan tau zülal konsentrasiyasında artıma səbəb ola bilər. Təxminən 20 yaşında sağlam könüllülərin cəlb edilməsiylə araşdırma aparılıb.
Könüllülər iki gün və bir gecə laboratoriyada keçiriblər. Üstəlik, onların 50% -nə gecə yatmağa icazə verilməyib. Alimlər könüllülərin bədənindəki dəyişiklikləri izləmək üçün onlardan qan analizi götürüblər. Məlum olub ki, gecə oyaq qalan könüllülərdə tau zülalının konsentrasiyası 17% artıb. Beyində toplanan bu zülal neyronların işinə mane olan və nəticədə onları öldürən yığılmalar əmələ gətirir.
Yuxu zamanı bədən beyindən tua zülal yığımını yuyub aparır. Yuxu olmadan normal təmizlənmə mümkün deyil. Alimlər vurğulayırlar: zülal yığılmalarının toplanması yaddaş itkisi kimi ilk həyəcanverici simptomların meydana gəlməsindən bir neçə onillik əvvəl başlayır.
Mənbə: meddaily.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət