Slimfit
  1. SİYASƏT

“Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyir” - Prezident

“Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyir” - Prezident
Sakura

“Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyir” - Prezident

“Mən ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz gündəlik işimdə mənə yardımçı olursunuz”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Xüsusilə Azərbaycan kimi ölkədə insanın 24 saat işləməli olduğunu, istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalı olduğunu vurğulayan dövlət başçısı bildirib: “Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR