Slimfit
  1. TEXNOLOGİYA

Netflix-dən Android istifadəçilərinə şad xəbər: Filmləri WhatsApp-dan da izləyə biləcəksiniz

Netflix-dən Android istifadəçilərinə şad xəbər: Filmləri WhatsApp-dan da izləyə biləcəksiniz
Sakura

Netflix-dən Android istifadəçilərinə şad xəbər: Filmləri WhatsApp-dan da izləyə biləcəksiniz

Karantin günlərində ən çox ziyarət edilən platformalar arasında yer alan Netflix-in yeni funksiyası test edilməyə başlanıb. 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, platformanın WhatsApp vasitəsilə video izləmə xüsusiyyəti yaxın günlərdə istifadəçilərə təqdim olunacaq. 

Qeyd edək ki, artıq WhatsApp vasitəsilə YouTube, Feysbuk və İnstaqram videolarını izləmək mümkündür. 

Bundan başqa, Netflix Apple istifadəçiləri üçün sözügedən xüsusiyyəti ötən ilin noyabrında təqdim etmişdi. 

İstənilən Netflix kontentini "Paylaş" düyməsindən "WhatsApp" tətbiqini seçməklə göndərərək bu xüsusiyyətdən yararlana biləcəksiniz. Söhbətdən və ya "WhatsApp"dan çıxdıqda isə izlədiyiniz video dayandırılır. 

WhatsApp-ın 2.20.123 versiyasında qarşımıza çıxan funksiya artıq bir müddətdir Telegram-da yer alır. Elə bu kimi funksiyalardan dolayı bəzi istifadəçilər Telegram-ı üstün tutur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR