Dərc edildi: Baxış sayı: 160
Netanyahu Trampla danışdı
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonla danışıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“İsrail ABŞ administrasiyasının narahatlığını nəzərə alır, lakin son nəticədə öz milli maraqlarına əsaslanaraq qərarlar verəcək”, - Netanyahu bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Hill” qəzeti ABŞ Demokratlar Partiyasının üzvlərinin İsrailin Baş nazirinin Amerika seçkilərinə müdaxilə edə biləcəyindən şübhələndiyini yazmışdı. Nəşr qeyd edib ki, 2020-ci illə müqayisədə ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasına dəstəkdə xeyli azalma var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət