Netanyahu: "İsrail bütün məqsədlərinə çatana qədər Qəzzada döyüşməyə davam edəcək"
"İsrail Qəzza zolağında bütün təyin edilmiş müharibə məqsədlərinə çatana qədər hərbi əməliyyatları davam etdirəcək".
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
“İsrail bütün müharibə məqsədlərinə çatana qədər Qəzza zolağında döyüşməyə davam edəcək. Bizim hərbi təzyiqimiz işləyir, biz Qəzza zolağında təsəvvür belə olmayan ərazilərə çatmışıq. İsrail dinc əhalinin təxliyəsindən sonra Rəfahda (Qəzza zolağının cənubunda yerləşən şəhər) aksiyalar da daxil olmaqla, tam qələbəyə qədər döyüşəcək. Bizi Rəfah əməliyyatını həyata keçirməkdən çəkindirənlər bizi müharibədə uduzmağa yönəltməyə çalışırlar”, - deyə hökumət başçısı bildirib.
"Fələstinlilərlə münaqişənin həlli üçün istənilən razılaşma yalnız ilkin şərt olmadan tərəflər arasında birbaşa danışıqlar yolu ilə mümkündür", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət