Netanyahu: “İsrail 24 HƏMAS batalyonundan 19-nu məhv edib”
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal HƏMAS hərəkatının 24 batalyonundan 19-nu komandirlərlə birlikdə məhv edib. Bunu Yəhudi Dövləti Nazirlər Kabinetinin həftəlik iclasında baş nazir Benyamin Netanyahu deyib.
“Bu gün müharibənin başlamasından 6 ay keçir. Nailiyyətlər böyükdür: Biz yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 batalyonundan 19-nu məhv etdik. Biz HƏMAS-ın xeyli sayda terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük”, - Netanyahu bildirib.
Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.
Nazirlər Kabinetinin rəhbəri həmçinin qeyd edib ki, İsrail anklavın cənubundakı Rəfah şəhəri də daxil olmaqla, HƏMAS-ın Qəzza zolağının bütün ərazisində məhv edilməsini başa çatdırmaqda qərarlıdır.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət