Dərc edildi: Baxış sayı: 283
Netanyahu BMT məhkəməsinin Fələstin əraziləri ilə bağlı qərarını rədd edib
İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qərarını rədd edib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,hökümət başçısı bu barədə “X” hesabında yazıb.
“Yəhudi xalqı nə öz torpaqlarının - nə də əbədi paytaxtımız Qüdsün işğalçısıdır. Haaqada heç bir saxta qərar bu tarixi həqiqəti təhrif etməyəcək. Vətənimizin hər yerində İsrail yaşayış məntəqələrinin qanuniliyi şübhə doğura bilməz”, - Netanyahu vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət