Slimfit
  1. AZƏRBAYCAN

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya Milli Məclisin plenar iclasına tövsiyə olunub
Sakura

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya Milli Məclisin plenar iclasına tövsiyə olunub

Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası aparan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.

Qeyd edilib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib,  23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

İclasda komitə üzvləri Fazil Mustafa, Aqil Abbas, Ülviyyə  Ağayeva, Novruzəli Aslanov, Nizami  Cəfərov, Əziz  Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə  Həmzəyeva, Sabir  Rüstəmxanlı və  Mixail  Zabelin sənədin nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıblar.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına  tövsiyə  edilməsi  qərara  alınıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR