Slimfit
  1. MƏDƏNİYYƏT

Nəsimi sərhədlərin o tayında

Nəsimi sərhədlərin o tayında
Sakura

Nəsimi sərhədlərin o tayında

Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycandan və bu ölkədən bir çox nüfuzlu alim, ziyalı və ədəbiyyatşünasın iştirakı etdiyi elmi simpozium təşkil olunub. Simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş “Nəsimi 650 il” yubiley və “İvo Andriç” medalları təqdim edilib.

Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən, Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin, Belqrad Universitetində isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının təşəbbüskarı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı Milorad Paviçin “Xəzər Lüğəti” və Draqan Damyanoviçin “Müqəddəs Savanın Anası” kitablarını Azərbaycan dilinə tərcümə etmiş Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlövsət Ağalarov, serb antologiyası və İvo Andriçin şeirlər kitabını Azərbaycan dilinə tərcümə və nəşr etmiş, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili Və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova “İvo Andriç” medalı ilə təltif olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR