Dərc edildi: Baxış sayı: 567
'Nəsimi bazarı' müvəqqəti bağlana bilər
İyunun 18-də, "Nəsimi Bazarı" ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesabatının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət