Slimfit
  1. CƏMİYYƏT

“Nərminin yaşadığı kənddə bütün uşaqlarla psixoloq məşğul olmalıdır”

“Nərminin yaşadığı kənddə bütün uşaqlarla psixoloq məşğul olmalıdır”
Sakura

“Nərminin yaşadığı kənddə bütün uşaqlarla psixoloq məşğul olmalıdır”

11 yaşım olardı. Orta məktəbdə mənimlə bir sinifdə oxuyan Firdovsi adlı oğlan çayda suya baş vurarkən boynu qırılmışdı. Bütün qohumlar həyəcanla xəstəxanadan onun barəsində gələn xəbərləri gözləyir biz uşaqlarda böyüklərin yanında bizə əhəmiyyət verilmədən danışılan bu söhbətləri dinləyərdik.

Deyirdilər sabaha sağ çıxsa yaşayacaq, boyun iliyi qırılıb. Lakin Firdovsi sabaha sağ çıxmadı. Onun ölümü o zamanlar ölümün nə demək olduğunu belə doğru dürüst dərk etməyən biz uşaqları yamanca qorxutmuşdu, həftələrlə sinifimizdə sükut hökm sürmüşdü. Bir birimizlə danışmaq istəmirdik. Öz y hisslərimdən xatırladığım odur ki, gecələr qorxu içində oyanıb anamın yanına qaçırdım, evimizdəki boş otaqlara girə bilmirdim. Sanki hər yerdə boynumun arxasında soyuq və zəhmli bir nəfəs hiss edirdim. Bunları niyə deyirəm? Heç düşünmüsünüzmü, Nərminin sinif yoldaşçları bu dəhşətli qətldən sonra nələr hiss edirlər? O kənddə yaşayan bütün uşaqlar 10 yaşlı bir qıza təcavüz edilməsi, günlərlə əli qolu bağlı bir otaqda saxlanılması, öldürülməsi və meyitinin yandırılması kimi xəbərləri hansı dəhşətlər içində qəbul edirlər? Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də mənimlə eyni fikirdədir. O Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu kənddəki uşaqların hamısı dərin travmalar alıblar.

 

Kəmalə Ağazadə 

“Mən özümə yer tapa bilmirəm. Hadisələrə aydınlıq gəldikcə mən özümə heç yer tapa bilmirəm. Qənirə Paşayeva deyir ki, konkret videolar var. Mən çox istərdim ki, o evdə yaşayan uşaqlarla psixoloqlar işləsin. O uşaqlar mütləq konsultasiya edilməlidir. Kənddə o hadisələri, o yanğını görən, eşidən bütün kənd uşaqları ilə psixoloqlar işləməlidir yoxsa bu uşaqların çox ciddi psixi problemləri yaranacaq. Bu gün ən gözəl ailələrdə qorxuları olan, gecələr kabuslar görən uşaqlar varsa Tovuzun Dondar Quşçu kəndinin uşaqlarının hamısının psixoloq yardımına ehtiyacı var deyərdim.

Hərdən əlimi açıq qışqırıb- bağırmaq istəyirəm ki, bizim hamımızı öldü,r bizim insan olaraq içimizdə nələr yatırmış?

Burda söhbət psixikaya təsir edən təcavüzdən gedir. Bu onların şüuraltında ilişib qalacaq xəyallarında formalaşacaq . Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Psixoloqlar Assosasiyasının əməkdaşları bölgəyə ezam olunmalıdır.Bunun qarşısını indidən almaq lazımdır. Orda gələcək psixi problemləri olan uşaqlar böyüyür. Bir gün eşidəcəksiz, o kənddən evdən qaçan uşaqlar var, özünə qəsd edənlər var. Uşaq problemini deməyə yer axtaracaq. Təəssüf ki, kənd yerlərində uşaq psixologiyasına o qədər də önəm verilmir”,- deyə birlik sədri həyəcan təbili çalıb.

Xatırladaq ki, yanvarın 6-da iki ay əvvəl itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın cəsədi yaşadığı Dondar Quşçu kəndinin küçələrindən birində yanarkən tapılıb. Yanan cəsədi görüb polisə xəbər vermiş İlkin Süleymanov adlı 47 yaşlı kənd sakini qızın ölümündə günahlandırılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirib ki, İlkin Süleymanov törətdiyi əməli tam etiraf edib. Nərmin Quliyevanın atası Şərif Quliyev polisin fəaliyyətindən razılığını ifadə edib

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR