Slimfit
  1. CƏMİYYƏT

Nərminin qətli ilə bağlı YENİ DETALLAR - Kamera görüntülərində nələr var?

Nərminin qətli ilə bağlı YENİ DETALLAR - Kamera görüntülərində nələr var?
Sakura

Nərminin qətli ilə bağlı YENİ DETALLAR - Kamera görüntülərində nələr var?

Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanovun ötən gün məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesində 2 ekspert və Nərmin Quliyevanın nənəsi ifadə verib. Bundan sonra hakim Dadaş İmanov N.Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun məhkəmə araşdırmasının başa çatdığını elan edib.

Məsələ ilə bağlı Referans.az-a danışan İ.Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, istintaq müddəti gözləniləndən tez başa çatıb və İlkinin Nərminin cəsədini tapdığı zaman çəkdiyi video məhkəmədə göstərilməyib:

“Hakimin belə bir qərar verməsi heç gözlənilmirdi, Məhkəmə zalında olan vəkillər də, özümüz də şoka düşdük. Hətta hakimin yanında olan köməkçilərinin belə üz ifadəsində bilinirdi ki, onlar da təəccüblənib. Çox gizli məqamlar qaldı ki, onların üstü açılmadı. Hakim İlkinə bəzi vəsatətlər vermişdi, bundan əlavə bəzi materiallar, detallar var idi ki, onların üzərində işlər gedirdi, təhlil olunurdu. Yəni belə bir vəziyyətdə, araşdırmanın hələ də davam etdirildiyi bir əsnada hakimin araşdırmanı dayandırması hərkəsi təəccübləndirdi. Əsas məsələ də İlkinin Nərminin cəsədini tapdığı zaman hadisə yerində çəkdiyi bir video var idi ki, həmin videoda İlkin Nərmini necə tapdığını öz diliylə danışırdı və hər şeyi lentə alırdı. Çox təssüflər olsun ki, hakim videonun göstərilməsinə icazə vermədi. Həmin videonun göstərilməsi çox vacib idi, çünki ittiham aktının bəlkə də, taleyi o videonun göstərilməsi ilə həll olunacaqdı. Sadəcə ekspertlər videoya baxıb və bu qərara gəliblər ki, guya İlkin manyakdır və videonu özünün gunahsız olduğunu sübut etmək məqsədi ilə çəkib. Ümumiyyətlə bir cinayətkar və ya manyak nəyə görə öldürdüyü insanı videoya çəksin? Axı bu hansı məntiqə sığır. Cinayət işinin içində həmin video haqqında yazılıb, lakin bu məsələyə biganə yanaşıldı. Bizim bu işin ədalətlə həll olunması yolunda çəkdiyimiz bütün əziyyətlər boşa getdi deyə bilərəm. Demək olar ki, bir neçə məhkəmə prosesi qalıb və artıq məhkəmənin bizim xeyirimizə bitəcəyi barəsində inamımız ölür.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR