Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Bahadır və Sona/Beşinci məclis

Nəriman Nərimanov - Bahadır və Sona/Beşinci məclis
Sakura

Nəriman Nərimanov - Bahadır və Sona/Beşinci məclis

Dәlilәr evi. Sәhnәnin bir tәrәfindә ev, qabağında bağça, bağça әtrafında hasar. Dәlilәrin paltarları: başlarında ağ dәsmal, üstlәrindә uzun ağ xәlәt, don, ayaqlarında ağ corab.
 
Ә v v ә l i n c i d ә l i. (Sәhnәdәn dәli deyil, fәqәt anadanolma ağıldan kәm bir vücud sәhnәnin sol tәrәfindә oturub gözlәrini bir nöqtәyә dirәyir, әlindәki kağızları çeynәyir).
İ k i n c i d ә l i. (Sәhnәnin sağ tәrәfindәn iki addım qabağa gedir, iki addım dala. Bir yerdә gәzir).
Ü ç ü n c ü d ә l i. (Sәhnәnin ortasında gәzinir, әllәri ilә hәrәkәtlәr edir vә hәrdәnbir coşa gәlir, hirslәnir, danışır, fәqәt danışdığı sözlәrdәn bir şey anlaşılmayır).
D ö r d ü n c ü d ә l i. (Yavaş-yavaş gәzinir, tez-tez әtrafına baxıb qorxur, guya bunu vururlar, başını tutub ağlayır).
B e ş i n c i d ә l i. (Yerdә oturub fikrә gedir, sonra dәmbәdәm üzünә xaç edir, sәcdәyә gedir).
A l t ı n c ı d ә l i. (Sona başının yaylığı boynunda, saçları tökülmüş gәzir vә hәrdәnbir mәzlum әllәrini yuxarı qaldırır.) Allah bir.... Qanun bir.... Mәqsәd bir.... Yol bir.... (İki dәfә.) "Bir allahı buraxıb min allaha sәcdә etdik. Müsәlman, xristian, yәhudi vә bütpәrәst nә olmağını anlamıram vә istәmirәm dә anlamaq". "Ah, sevgili Sona xanım! Mәnim bütün vücudum, bәdәnim, ağlım, ruhum hamısı sizә tәәllüq tapır, hәyatım hәyatınıza bağlıdır. Mәn özümü sizin bir hissәniz bilirәm, әcәba! Necә ola bilәr ki, bizi uçurum dәrәlәr ayıra? Әcәba, bu uçurum dәrәlәri biz insanlar düzәldib dә onları mәhv etmәk bizim ixtiyarımızda deyilmi? (Halı dәyişilir.)
 
Odur, qara taxtanın üstә yazılıbdır. (Gedir, әtәyi ilә guya taxtanın üstündәki yazını silir.) Odur, yenә yazıldı. (Yenә silir. Guya taxtanı qırır, başını tutub guya baxmaq istәmir. Havada yazılmış görür). Odur, indi havada yazılır! (İstәyir havada yazılan sözlәri silsin, lakin hәr tәrәfә dönürsә, gözünә yazı görünür, yazını tutub baxmaq istәyir.) Hanı bәs mәhәbbәt,hürriyyәt sözlәri? Hanı mәnim mәhәbbәtim?!
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
Әvvәlkilәr. Yusif, Maşo vә dәlixananın nazirәsi. Maşo qara yaslı paltarda, әlindә ağ dәsmal gözlәrini silә-silә, Yusif onun qolundan tutub, nazirә qabaqda Sonanı göstәrir.
S o n a (bunları görüb bәrkdәn). O nә sirrdir, insanlar bir-birindәn tәfriqә düşüblәr?!
M a ş o (qәşş edib yıxılır). Ah, qızım, Sona!
 
(Sona qәhqәhә çәkib bәrkdәn gülür.)
 
PӘRDӘ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR