Dərc edildi: Baxış sayı: 513
Nəqliyyatla bağlı yeni qərarlar verilə bilər
Məktəblərin açılması nəzərə alınaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən əlavə tədbirlər nəzərdə tutulur ki, ictimai nəqliyyatda sıxlıq aradan qaldırılsın.
Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, metronun bağlanmasından sonra BNA tərəfindən əlavə avtobuslar ayrılıb.
“Metronun fəaliyyətinin dayandırılması qapalı və dar məkan olması, orada virusun yayılma tezliyi ilə bağlı idi. Sentyabrın 15-ə qədər mövzular ətraflı araşdırılacaq və nəqliyyatla bağlı əlavə qərarların verilməsi istisna deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət