Dərc edildi: Baxış sayı: 675
Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək və genişləndiriləcək
Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək və genişləndiriləcək.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Qeyd olunur ki, mövcud beynəlxalq təcrübəyə uyğun olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sistemi təkmilləşdiriləcək, Bakı şəhərinin inzibati ərazisində Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin imkanlarından daha səmərəli istifadə olunacaq və onun əhatə dairəsi tədricən respublikanın əsas avtomobil yolları üzrə genişləndiriləcək.
Bundan başqa, Bakı şəhərində və ölkənin digər iri şəhərlərində yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi ilə əlaqədar işlərin koordinasiyası məqsədilə təkliflər hazırlanması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət