Dərc edildi: Baxış sayı: 675
"Nəinki limitləri ləğv etmək, hətta qaz və elektrik enerjisinin qiymətlərini azaltmaq olar"
Keçmiş mailiyyə naziri, iqtisadçı professor Fikrət Yusifov Moderator.az-a açıqlamasında son günlər ölkə mediasının və sosial şəbəkələrin gündəmini zəbt etmiş "limit" məsələsinə münasibət bildirib:
"Mən bu barədə fikirlərimi mətbuatda dəfələrlə səsləndirmişəm. Bu limitlər tamamilə ləğv edilməlidir. Bunun üçün elektrik enerjisi və qaz istehsal edən müəssisələrdə kifayət qədər böyük rezervlər mövcuddur. Bu rezervləri həmin məhsulların maya dəyərində axtarmaq lazımdır. Bu məhsuĺların maya dəyəri dərindən araşdırılsa onda nəinki limitləri ləğv etmək olar, hətta qaz və elektrik enerjisinin qiymətlərini əsaslı şəkildə azaltmaq mümkündür".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət