Dərc edildi: Baxış sayı: 437
Neftin taleyi: Səudiyyə və Rusiya arasında müzakirə...
Səudiyyə Ərəbistanı Energetika Nazirliyi OPEK+ sazişinə yeni ölkələrin cəlb edilməsi və neft bazarında ortaq işbirliyi barədə rus həmkarları ilə müzakirə aparmayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, məsələ barədə Rusiya və Səudiyyə arasında hər hansı danışıq baş tutmayıb.
Qeyd edək ki, Rusiya Enerhetika nazirinin müavini Pavel Sorokin Rusiyanın OPEK üzvləri ilə daim təmasda olduğunu açıqlamışdı.
Xatırladaq ki, martın 6-da OPEK+ ölkələrinin toplantısında Rusiya və Səudiyyə Ərəbistanı neftin hasilatı ilə bağlı razılıq əldə edə bilmədiyi üçün ərəblər hasilatı artırıb. Bundan sonra neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət