Dərc edildi: Baxış sayı: 441
Neftimiz kəskin ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 29,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,77 dollar/barel azdır.
Bu barədə Gununsesi.org-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 27,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,42 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 27,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,9 dollar/barel azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət