Slimfit
  1. İDMAN

"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq

"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq
Sakura

"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq

 Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ”la oyunun ilk hissəsində zədələnən "Neftçi"nin futbolçusu Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı müdafiəçinin qarın əzələlərində yırtıq aşkarlanıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu təxminən 1 ay müalicə olunduqdan sonra fərdi məşqlərə başlayacaq.

Müdafiəçi Millətlər Liqasının V turunda evdə Farer adaları, VI turda səfərdə Kosovo ilə matçları da buraxacaq. 

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov Premyer Liqanın geridə qalan 9 turunun 7-də 90 dəqiqə meydanda olub. "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR