Dərc edildi: Baxış sayı: 457
"Neftçi"nin futbolçusu 1 ay oynamayacaq
Topaz Premyer Liqasının 9-cu turunun "Qarabağ”la oyununun (3:1) ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, tibbi baxışdan sonra məlum olub ki, oyunçunun qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət