Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir qarşılaşma keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir qarşılaşma keçirilib.
“Report” xəbər verir ki, turun ikinci matçında “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.
“Dalğa Arena”da baş tutan görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu Mirabdulla Abbasov 6-cı dəqiqədə vurub. Meydan sahiblərinin heyətində isə Dilan Dvunetru 33-cü dəqiqədə tarazlığı bərpa edib. 52-ci dəqiqədə Qoran Paratski komandasına qələbə qazandıran qola imza atıb.
Birinci hissənin sonlarında hər iki komandanın baş məşqçiləri Roberto Bordin və Samir Abasov bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə meydandan qovulublar.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Netçi” liderliyini davam etdirib. “Zirə” isə bir xalda qalıb.
V turun ilk matçı “Səbail” və “Sabah” komandalarının qolsuz heç-heçəsi ilə başa çatıb. Tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” və “Qarabağ” – “Qəbələ” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, V tur
20:30. "Zirə” – "Neftçi” - 1:2
Qol: Dilan Dvunetru, 33 - Mirabdulla Abbasov, 6. Qoran Paratski, 52
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Dalğa Arena”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət