Slimfit
  1. CƏMİYYƏT

Neftçalada seçki məntəqəsində GƏRGİNLİK

Neftçalada seçki məntəqəsində GƏRGİNLİK
Sakura

Neftçalada seçki məntəqəsində GƏRGİNLİK

Bu gün keçirilən növbədənkənar parlament seçkisi zamanı Neftçala rayonu 70 saylı seçki məntəqəsində gərgin anlar yaşanıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, həmin rayondan namizəd Vəfa Nağıyeva ilə Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov arasında sözlü mübahisə baş verib. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Hüseyn Qurbanov "Facebook" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, hadisədən sonra da zorakılığa məruz qalıb:

"Seçki məntəqəsindən ayrıldıqdan sonra rayonda yerləşən 43 və 44 saylı seçki məntəqələrinə getmək istərkən yolda tanımadığım Rusiya nömrəli avtomobildən bir nəfər zəng edərək, özünü Vəfa Nağıyevanın qardaşı kimi təqdim etdi və məni ölümlə hədələdi. Daha sonra VAZ-2106 markalı 40-BE-061 dövlət nömrə nişanlı avtomobil mənim avtomobilimin qarşısını kəsərək məni zorla yerə yıxdı. "Rayonun yiyəsi bizik" deyərək, yumruq, şillə və təpiklə üz və bədən nahiyələrimə vuraraq, mənə xəsarət yetirdi. Bundan sonra məni köməksiz vəziyyətdə yerdə qoyaraq hadisə yerindən uzaqlaşdı. Polisə müraciət etdim və ekspertizaya göndərildim".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinə qarşı zorakılıq hadisəsi ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub və araşdırma aparılır.

Müvafiq ekspertizalar təyin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR