Dərc edildi: Baxış sayı: 359
Neft ucuzlaşıb
Dünya bazarında neftin qiyməti aşağı düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 0,82 % ucuzlaşaraq 1 bareli 76,06 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,03 % azalıb və 1 bareli 70,17 ABŞ dolları təşkil edib.
Daha əvvəl ABŞ Enerji Departamenti məlumat vermişdi ki, bu ölkədə kommersiya ehtiyatları gözlənilmədən 1,1 milyon barel və yaxud 0,2 % artaraq 481,2 milyon barelə çatıb. Amma analitiklər ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırırdılar. Eyni zamanda, neft hasilatı sutkada 100 min barel artaraq 12,3 milyon barel təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət