Slimfit
  1. İQTİSADİYYAT

Neft-qaz sektoruna dair “Moody’s”in proqnozu yaxşılaşdırıldı

Neft-qaz sektoruna dair “Moody’s”in proqnozu yaxşılaşdırıldı
Sakura

Neft-qaz sektoruna dair “Moody’s”in proqnozu yaxşılaşdırıldı

2021-ci ilin iyun ayınadək dünya neft-qaz sektorunun dirçəlməsini gözləyən “Moody’s” beynəlxalq reytinq agentliyi bununla bağlı proqnozunu “mənfi” əvəzinə “sabit” olaraq dəyişdirib.

Report” agentliyə istinadən xəbər verir ki, bununla belə orta qiymətlər və tələbat səviyyəsi böhrandan əvvəlkindən az olacaq.

Belə ki, 2021-ci ildə neftin orta qiymətləri 40-45 ABŞ dolları səviyyəsində qalacaq ki, bu da pandemiyadan əvvəlki göstəricilərdən aşağıdır.

Neft və neft məhsullarına tələbatın bu ilin ikinci rübündəki tənəzzüldən sonra artması nəticəsində emal sənayesi dirçəlsə də, bütövlükdə tələbat 2019-cu il səviyyəsindən geri qalacaq.

Ekspertlərin qənaətincə, qarşıdakı 12 ay ərzində sözügedən sahənin sərbəst maliyyə axını yaratmağa qayıdacağı ağlabatan görünmür. Neftin orta hesabla 40-45 ABŞ dollarına satılması nəticəsində şirkətlərin cari ildə kəskin azalmış kapital yatırımları 2021-ci ildə də azalacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR