Dərc edildi: Baxış sayı: 363
:0
Neft Fondu qızıl ehtiyatlarını cüzi artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 0,4 ton qızıl alıb.
“APA-Economics”in ARDNF-in 2020-cu ilin 3 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 101,6 ton olub.
Qeyd edək ki, 2019-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,2 ton təşkil edib.
Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 12,8%-dir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət