Dərc edildi: Baxış sayı: 259
Neft dolların ucuzlaşması fonunda bahalaşır
Dünya bazarında neftin qiyməti ABŞ dollarının ucuzlaşması fonunda artıb.
“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 0,42 % bahalaşaraq 83,13 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,46 % artaraq 1 bareli 77,03 ABŞ dolları təşkil edib.
Dolların ucuzlaşması qiymətli metal bazarına da təsir göstərir.
Belə ki, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,68 % düşərək 103,87 bənd təşkil edib. Bu, qızılı digər valyutalarda alış üçün əlverişli edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət