Dərc edildi: Baxış sayı: 386
Neft cüzi bahalaşıb
Dünya bazarında neftin qiyməti cüzi artıb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,24% bahalaşaraq 80,3 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,18 % artaraq 1 bareli 75,89 ABŞ dolları təşkil edib.
Ötən gün açıqlanmış məlumata görə, ABŞ-da istehlak qiymətlərinin artım tempi 2021-ci ilin mart ayından sonra minimumu yeniləyərək, may ayındakı 4 %-dən iyun ayında 3 %-ə düşüb. Analitiklər orta hesabla 3,1 %-ə qədər azalmanın qeydə alınacağını gözləyirdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət