"NƏFS" serialına qarşı qaralama kompaniyası
Bu gün sosial şəbəkələrdə Space TV -nin səhər yayımında rəqs görüntüsü paylaşılıb.
Nəzərə çatdırmaq istəyirik ki, şəkildə olan görüntü dünən axşam efirdə olan "Nəfs" teleserialından bir kadrdır və səhər saatlarında yayımlanmayıb. Space TV -nin rəhbərliyi və yaradıcı heyəti ölkədə baş verənlərin işıqlandırılması və bu gün də Gəncədə erməni ordusunun törətdiyi vəhşiliyini çatdırmaq üçün çalışır. Bu paylaşım telekanala böhtandır və həqiqəti əks etdirmir. – NİCAT MANAF “NƏFS” serialının quruluşçu rejissoru, serialın ssenari müəllifi ELŞƏN İSMAYIL : heç bir qaralama kompaniyası bizim haqlı işimizə mane ola bilməz. İntellektual səviyyədə olan istənilən şəxs bu təbliğatın qəsdən edildiyini və SPACE kanalına, yaradıcı insanlara qarşı böhtan olduğunu anlayar. Bu rəsm serialdan bir parçadır və tamamilə tənqidi xarakter daşıyan bir səhnənin kadrıdır. Serialın ssenari müəllifi olaraq deyə bilərəm ki, bizim əsas məqsədimiz cəmiyyətdəki qüsurları və yolsuzluqları tənqid etməkdir. Filmdə mənfi obrazların timsalında hazırkı dövrün özbaşınalığı, qüsurları, qeyri-qanuni işlərlə məşğul olan adamlar tənqid olunur. Serialın 10 oktyabrda yayımlanan ilk bölümü xeyli müddət əvvəl çəkilib və qətiyyən nəzərdə tutulduğu kimi “şadyanalıq” məqsədi daşımır. Biz komanda olaraq daim milli-mənəvi dəyərlərin keşiyində olmuşuq, bundan sonra da vətənimizə ləyaqətlə xidmət etməyə davam edəcəyik. Heç bir qaralama kompaniyası bizim haqlı işimizə mane ola bilməz!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət