Slimfit
  1. CƏMİYYƏT

Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı

Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı
Sakura

Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR