Dərc edildi: Baxış sayı: 568
Nəcəfqulu bəy Şeyda - Söhbəti hal əhlinin ruhə təravət verir
Söhbəti hal əhlinin ruhə təravət verir,
Ruh təravətli, həm cismə zərafət verir.
Hər nəfəsi ki alır cism, səfadar olur,
Cismə həman dəm səfa qüvvət, taqət verir.
Cismi- qəvi bil-ümum hali səlamət edər,
Salim olan hal həm feli- səlamət verir.
Salim fel failin əhli-səadət qılar,
Kim ki tapar məs’ədət xəlqə səadət verər.
Feyzi səadət tapan vəh nə səadətlidir,
Kim olub məs’ud özü, qeyrə səadət verir.
Seyri-siluki budur əhli-təriqin yəqin,
Zəhməti-nəfsi ilə qeyrə fəraqət verir.
Müstərihdir, şübhəsiz, Şeyda misal hər vücud,
Tərki-zünub ilə bir nəfsə ənabət verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət