Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA
Sakura

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

“Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət kifayət qədər yüksəkdir”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Azərbaycan müəllimi”  qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə 14 483 şagirdin, V-IX siniflər üzrə isə 12 125 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb:

“Bu isə paytaxt üzrə ümumi şagird kontingentinin təxminən beş faizi civarında dəyişən bir göstəricidir. Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub”.

“Baxmayaraq ki, təhsil müəssisələrimizdə karantin rejiminə ciddi əməl olunur, çox təəssüf ki, dünyanın əsas probleminə çevrilmiş COVID-19 təhsil müəssisələrində də ciddi məhdudiyyətlər yaratmaqdadır. Təəssüflər ki, son günlər bir neçə məktəbin distant təhsilə keçməsinin şahidi oluruq. Bununla yanaşı, bir neçə məktəbdə də yenidən əyani tədrisin bərpası faktları da hər birimizi sevindirməkdədir.

Yaşanan mövcud çətinliklərə baxmayaraq hazırda Təhsil Nazirliyi və BŞTİ tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan fasiləsiz təhsili təmin edəcək, təhsildə keyfiyyətin artırılması istiqamətində qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”, - deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR