Slimfit
  1. MARAQLI

Necə sağlam qidalanmalı?

Necə sağlam qidalanmalı?
Sakura

Necə sağlam qidalanmalı?

Bəziləri arıqlamaq üçün bir çox tədbirlərə əl atdığı halda, bəziləri kökəlməyin yollarını axtarır. Bu gün arıqlamaq istəyənlərlə yanaşı, kökəlmək istəyənlər də az deyil. Bir çox insan nə qədər dietada olsa da, arıqlaya bilmir. Yaxud əksinə, nə qədər yesə də, kökələ bilmir.

Bəs necə edək ki, sağlam yollarla arzusunda olduğumuz bədənə və çəkiyə sahib olaq?

Dietoloq Leyla Zülfüqarlı bildirib ki, artıq çəkidən azad olmaq üçün orqanizmin əzələ kütləsi, hüceyrəarası mayesi itirilməməlidir. O qeyd edib ki, sağlam arıqlamaq üçün yağ toxumasının lipolizə olunması, parçalanması prosesi baş verməlidir:

“Bəzən kortəbii pəhrizlər, arıqlama metodları ilə insanlar arıqlayır. Amma bu, sağlam şəkildə baş vermir. Yəni yağ toxumasının parçalanma prosesi baş vermir, sadəcə, əzələ toxuması dağılır, parçalanır və orqanizmin suyu itirilir. Ona görə də xüsusi hesablanmış, peşəkar pəhrizlər nəticəsində yağ toxumasının parçalanmasına nail oluruq”.

Məşqçi Kamil Əliyev deyir ki, hər insanın öz bədən formasına görə məşq proqramı tətbiq olunur: 

“Arıqlamaq istəyənlər “fast food”lardan, paketləşdirilmiş yeməklərdən uzaq durmalıdırlar. Düyü, qarabaşaq, bulğur, 1-ci növ makaronlar, toyuğun döş əti, hind quşunun döş əti, quzu əti, dana əti, balıq əti istifadə etmək olar. Səhər yeməklərində isə yulaf əzməsi, yumurta məsləhətdir”. 

O, kökəlmək istəyənlər üçün isə daha çox kalorili yeməklərin  vacib olduğunu deyib.

“Sağlam şəkildə 7-8 aya istədiyiniz bədənə sahib ola bilərsiniz”.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR