Dərc edildi: Baxış sayı: 1806
Necə edim ki, indi koronavirusa yoluxmayım? – Konkret məsləhətlər
Əgər mütəxəssisləri danışdırsaq, onlar Azərbaycanda koronavirus pandemiyasının qırmızı həddi çoxdan keçdiyini deyərlər və biz də belə düşünürük.
Pandemiya yeni başlananda tövsiyə edilən, sosial məsafə, maska, əlcək, spirt, sabun və s. artıq sınanıb. Yoluxanlar arasında əlindən spirti yerə qoymayanlar da var.
Azərbaycanda indi virusun ən sərt yoluxdurma dalğası dövründə daha nələr etməliyik.
Ens.az xəbər verir ki, Medicina.az bu günə kimi topladığı, effektiv hesab etdiyi və zaman-zaman paylaşdığı bir çox dünya, türk, rus alimlərinin, həkimlərinin tövsiyələrində yer alan, eləcə də sovet dövründə sınanan metodlardan antivirus proqramını tərtib edib. Ümid edirik ki, qiymətli həyatını, canını bu virusa qurban verməyənlər üçün əhəmiyyətli olacaq.
Hazırda virusdan qorunmağın ən yeganə yolu evdə qalmaqdır. Qapılarınızı hər kəsin üzünə bağlayıb, bunkerə (indiki halda evə) çəkilməkdir. Doğrudur, əcəl qismətdə varsa, gəlib tapacaq. Amma qorunanı Allah da qoruyar, ehtiyat da igidin yaraşığıdır.
1. Evdən çıxanda özünüzlə sabun, spirt və dezinfeksator götürün. Harda imkan tapdız əlləri yuyun, əliniz hara toxundu ondan sonra spirtləyin
2. Evdən çıxanda burnunuzun dəliklərinə 72% təsərrüfat, keçmiş sovet sabunu kimi tanınan sabundan çox cüzi miqdarda burun dəliklərinizin içərisinə çəkin. Bu metod sovet aliminə məxsusdur. O, təhlükəli virusları öyrənirdi və yoluxmamaq üçün bunu edirdi. Daha sonra evə qayıdanda burnunuzun içini yaxşıca yuyun
3. Çölə çıxıb evə və ya işə çatandan sonra dərhal isti su və sabunla əlləriniz, qollarınız, dərinizin açıq qalan səthlərini (yay olduğu üçün) üzünüzü, boynunuzu yuyun
4. Stəkanda ilıq suya yarım çay qaşığı duz və ya soda qatıb həll edib, burnunuzu şprislə yuyun (iynəsini çıxarmaqla) və boğazınızı tam dərin qarqara edin
5. Yolda yanınızda azca duz qatılmış ilıq su gəzdirin. Tez-tez için
6. Marketə girəndə: əllərinizi spirləyib, birdəfəlik rezin əlcə taxıb sonra qidalara, qutulara səthlərə vurun. Alış verişdən sonra pulları da alıb cibinizə qoyduqdan sonra marketdən çıxanda əlcəkləri çıxarıb atın, əlləri spirtləyin
Marketdən evə gətirdiyiniz qutuda olan qidaları, əşyaları balkonda 1 gün saxlayıb sonra yerləşdirin
7. Gündə 2-3 dəfə maskanızı dəyişin. Bir maskanı qolunuza, çənənizə salıb, cibinizə qoyub sonra istifadə etməyin
8 Hazırda apteklərdə daha ciddi filtrli, N5 markalı maskalar satılır. Kütləvi adam olan yerlərdə işləyənlər o maskadan istifadə etsin
9. Üzünüzə toxunmağı unudun, daim ağlınızda olsun: gözə, buruna, ağıza, çənəyə əl vurmaq olmaz. Əlləri baş hissəyə ümumiyyətlə yaxınlaşdırmamaq virusdan profilaktının yarısıdır
10. Heç kimə imkan verməyin ki, radiusunuza 1 metrdən artıq yaxınlaşsın
11. Evə qayıdan kimi hamam otağına keçib, paltarlar yuyulmağa, çünki artıq qış deyil, üst geyimi yoxdur, özünüz isə çimib, duzlu su ilə yaxalanmalısız
12. Telefonu 1-2 saatdan bir antibakterial salfet və ya spirtlə silin
13. Bütün zərərli qidaları azaldın, çörək, un, şirniyyat az yeyin.
14. Vitamin mineralların analizini verin, qanın qatılığını yoxladın. Əgər əskiklik varsa, kalsium, vitamin D, vitamin C, maqniy, fol turşusu, sink və s qəbul edin. Qatı qana qarşı aspirin için
15. Təmiz, təzə ətdən bulyonlar, yağsız bişmələr, manqalda kabab formasında bişirərək yeyin, sümük bulyonu için
16. Hər gün 2 diş sarımsaq yeyin, zəncəfili gün boyu saqqız kimi çeynəyin, bitki çayı için, qara zirə yağı və bal qəbul edin
17. İmkan varsa, ağciyərlərinizi rentgen etdirib, ümumi vəziyyətindən xəbərdar olun. Əgər ağciyərlərinizdə problem varsa, siz təhlükəli risk qrupuna aidsiz və virusa yoluxsaz, ağırlaşma ola bilər
18. İsti buxarlı hamamda çimin, buxarla nəfəs alıb, tənəffüs yollarını inhalyasiya edin
19. Axşamlar yatanda qarqara edin, daban və kürəyinizə yod toru çəkib yatın
20. Hər gün 10.000 addım qədər piyada yol gedin, 1 saat günəş vannası səhər 11-də qəbul edin
21. Mütləq C vitaminiin suda əriyən, tableti və ya iynəsini (hansını tapsanız) kurs kimi qəbul edin
22. Təzə meyvə, tərəvəz, tut, doşab, qatıq, pendir, kəsmik yeyin. Hazırki qarpız, yemişdən qətiyyən yeməyin. Onlar nitratlıdır, orqanizmi toksiki yükləyir
23. Bədəni təmizləmək üçün 1 həftə hər gün qara kömür tableti 2-3 ədəd qəbul edin
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox