Dərc edildi: Baxış sayı: 732
Nəbi Miskin - Gözəl
Səhərdən bəklədim mən yollarını,
Bir gəlib qarşımdan ötəsən, gözəl!
Sən özün bilmirsən öz murazını,
Mən yaxşı bilirəm butasan, gözəl!
Yetmişə yetsən də, mən səni allam,
Dərgah-ilahiyə min dua qıllam.
Aylarnan xəstə düşsəm, sağallam,
Sən gəlib qolumdan tutasan, gözəl!
Mən Nəbiyəm, aşıqların zəriyəm,
Yanıram oduna, eşq əsəriyəm.
Gəlmişəm qapına, bil, müştəriyəm,
Ləbinin balından satasan, gözəl!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət