Slimfit
  1. ELM

Nə üçün uşaq otağında televizor qoymaq olmaz?

Nə üçün uşaq otağında televizor qoymaq olmaz?
Sakura

Tədqiqatçıların fikrincə ekrandan ayrılmayan uşaqlar çox vaxt meyvə və tərəvəzdən “qaçır”.

Böyük Britaniyadakı Lafboro Universitetinin tədqiqatçıları 11-12 yaş arasında olan 527 uşağı yoxlayıb belə bir nəticəyə gəldilər ki, yataq otağında televizor olan məktəblilər zərərli qidalara üstünlük verərək meyvə və tərəvəz yeməkdən çəkinirlər.

Televizor qarşısında uşaqlar meyvə az yeyir, zərərli qidaları yeməyə üstünlük verirlər. Alimlər müəyyən ediblər ki, bu da piylənməyə gətirib çıxarır.

Sorğuda iştirak etmiş uşaqların üçdə iki hissəsi məlumat verib ki, kifayət qədər meyvə və tərəvəz yemirlər, iki saatdan çox isə televizora baxmaq üçün sərf edirlər. Alimlərin fikrincə bu piylənmə ilə əlaqədardır. Otağında televizoru olan hər üç uşaqdan birinin çəki ilə əlaqədar problemi var.

Uşaqların televizor qarşısında keçirdiyi vaxtın azaldılması qidalanma davranışının yaxşılaşdırılması üçün məntiqi addım sayıla bilər – məlumatda deyilir.

Alimlər həmçinin televizor qarşısında çox yeməyi məsləhət görmür, çünki qəlyanaltıların tərkibində çoxlu miqdarda şəkər var.

 

Mənbə: Life.ru

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR