Nə üçün səhər sağ ayaqdan durmaq lazımdır? Elmi izah
Səhər əhvalı pis olan, əsəbi görünən insandan adətən zarafatla "Bu gün sol ayaqdan durmusan?" soruşuruq.
Lakin elm adamları sübut edir ki, yataqdan sağ və ya sol ayaqdan durmaq bizim əhvalımıza və hətta günün yaxşı və ya pis keçməsinə həqiqətən müəyyən təsir edə bilər.
Saglamolun.az medicinform-a istinadla xəbər verir ki, insan orqanizmində 2 maqnit sahəsi var. Bu sahələrdən biri başdan ayaqlara, digəri əks istiqamətdə hərəkət edir. İnsan səhər sağ ayaqdan qalxanda onun orqanizmində enerji axını artır ki, insan daha gümrah olur, onun əmək qabiliyyəti artır, əhvalı yaxşılaşır. Bütün bunlar izə öz növbəsində günün yaxşı keçməsinə zamin yaradır.
Həmçinin mütəxəssislər səhər yataqdan tələsik durmağı tövsiyə etmirlər. Oyandıqdan sonra bir qədər uzanmaq və yalnız bundan sonra yataqdan ehtiyatla qalxmaq lazımdır. Bu xüsusilə yaşlı insanlara aiddir ki, tələsik durmaq onlarda təzyiqin kəskin düşməsinə və hətta bayılmaya səbəb ola bilər.
Bundan əlavə alimlər zəngli saatdan istifadə etməməyi tövsiyə etmirlər ki, bu insanda qıcıq yaradır, orqanizmində stressin səviyyəsini artırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət