Slimfit
  1. MARAQLI

Nə üçün köpüklər dairəvidir?

Nə üçün köpüklər dairəvidir?
Sakura

Nə üçün köpüklər dairəvidir?

Çünki müəyyən olunmuş həcmdə sfera minimum sahəyə malikdir

Əslində köpüklər hər zaman dairəvi olmur. Suda ortaya çıxan hava köpüyü dəyişkən formaya malik olur və hətta dağıla bilər. Bal və ya şampun kimi qapalı mühitdə köpüklər  uzadılmış dairəvi formaya malik olur. Pena köpüyündə bir-birilə kəsişmə yerlərində künclərə sərhədlər yaranır. Sferik formaya məxsus köpüklər almaq çox çətindir. Sabun köpüklərinin forması iki gücün tarazlığı ilə müəyyən olunur: lentin səth gərginliyi və yüngül sıxılmış hava təzyiqi. Lentin sıxılması üçün enerji tələb olunur, çünki bununla yanaşı köpüklərin divarları nazikləşir və daha çox molekul onun səthinə keçir. Molekulların maye sütundan səthə çıxması üçün onlar qonşularla olan əlaqəsinin bir hissəsini kəsməli olur. Bunun üçün də enerji sərf olunur. Buna görə də lent öz sahəsini azaltmağa çalışaraq hər zaman tarım vəziyyətdə olur və əgər köpük sancılsa lent bir neçə damcıya sıxılacaq. Bağlı köpüyə dağılmağa içərisindəki hava mane olur. Nazik lent onu güclü sıxa bilmir və müəyyən hava həcmində ancaq minimal mümkün sahə formasını alır. Bu şərtə isə riyaziyyatdan məlum olduğu kimi məhz sfera cavab verir.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR