Slimfit
  1. PSİXOLOGİYA

Nə üçün kişilər və qadınlar xoşbəxtliyi müxtəlif formada yaşayırlar

Nə üçün kişilər və qadınlar xoşbəxtliyi müxtəlif formada yaşayırlar
Sakura

Nə üçün kişilər və qadınlar xoşbəxtliyi müxtəlif formada yaşayırlar

Statistikaya əsasən, son 30 ildə qadınlar özlərini daha bədbəxt hiss edirlər. Onlar kişilərdən iki dəfə daha tez-tez depressiyadan əziyyət çəkirlər. Buna müxtəlif bioloji, psixoloji və sosial amillər təsir göstərir.

Amma bununla yanaş qadınlar daha tez-tez güclü müsbət emosiyalar - sevinc və məmnuniyyət hiss edirlər. Bu da yüksək depressiya riskini azaldır. Ola bilsin ki, burada qadınların kömək və müalicə üçün qısa zamanda müraciəti yol oynayır ki, bu da onun daha sürətlə sağalmasına imkan verir.

Kişilərin və ya qadınların daha xoşbəxt olması haqqında mübahisə etmək mənasızdır: bu hiss hər iki cins üçün fərqlidir. Səbəbi də budur.

Bizə gender stereotiplərindən təsir göstərir.

Əvvəllər xoşbəxtlik səviyyəsinin cinsiyyətdən asılılığı üzrə olan araşdırmalar göstərirdi ki, kişilər və qadınların öz emosiyalarını ifadə etmək üçün sosiallaşmağa ehtiyacı var.

Məsələn: qadınlar sevinc, qayğı və narahatlığı daha tez-tez hiss edir. Bu emosiyalar sosial əlaqələri qurmağa kömək edir. Onlar ocağın müdafiəçisi kimi ənənəvi rola daha uyğundur.

Kişilər isə daha tez-tez hirs göstərir, öz ləyaqətlərini qoruyurlar və kobud olurlar ki, bu da daha çox qoruyucu və törədici roluna uyğundur.

Kişi və qadınların beyin reaksiyası eyni deyildir.

Alimlər aydınlaşdırıblar ki, xoşbəxtlik hissinin keçirilməsindəki fərq təksə sosial səbəblərə əsaslanmır. Onlar həmçinin beyin tərəfdən də müşahidə olunur. Qadınlar insan duyğularını daha yaxşı tanıyırlar, onlar daha dəqiq və empatiyaya meylli olurlar. Bunu həmçinin elmi testlər də təsdiqləyib, onlar bu testlərdə kişilərdən daha yüksək nəticələr göstərib.

Sonra tədqiqatçılar bu məlumatları vizuallaşdırıb aşkar etdilər ki, emosiyaların emalı prosesində qadınlarda beynin güzgü neyron tərkibli daha çox hissəsi iştirak edir.

Bu neyronlar bizə digər insanların dünyagörüşü nöqteyi-nəzərindən baxmağa, onların əməl və niyyətlərinin motivlərini anlamağa imkan verir. Eyni səbəbdən qadınlar daha çox kədər və həsrət hiss edirlər.

Kişilər öz emosiyalarını daha sərbəst ifadə edirlər.

Psixologiya baxımından kişilər və qadınlar emosiyaları necə emal etdiklərinə əsasən fərqlənirlər. Qəzəb istisna olmaqla, sonuncular emosiyaları daha intensiv hiss edilər və onları digər insanlarla aşkar paylaşırlar.

Qadınlar daha çox sosial-müsbət və başqalarına - şükr kimi təzahürlərə yönəldilmişdir. Onlar özlərini daha xoşbəxt hiss edirlər. Bu qadınlarda xoşbəxtliyin digər insanlarla münasibətlərdən asılı olduğu nəzəriyyəsini təsdiqləyir.

Amma yuxarıda göstərilən araşdırmalarda qəzəblə bağlı əhəmiyyətli boşluq var.

Çox vaxt qadınlar kişilər qədər hisrlənirlər, amma emosiyalarını açıq şəkildə ifadə etmirlər, çünki bunu sosial cəhətdən qəbuledilməz hesab edirlər.

Kişilər isə qəzəblənəndə bu barədə danışır və onu başqalarına yönəldirlər. Qadın isə fırtınanı daxilində saxlayır və onu özünə yönləndirir. O, danışmır, hər şeyi daxilində həzm edir. Buna görə də qadınlarda stress və depressiya ehtimalı yüksəkdir.

Araşdırmalar göstərir ki, kişilər daha çox problemləri həll etmək bacarığı göstərirlər. Buna görə də onlar bütövlükdə emosional cəhətdən daha dözümlüdürlər və çox vaxt pozitiv əhvala malikdirlər.

Qadınların stressə reaksiiya verməsi çox vaxt onların düşüncə bucağını dəyişməyə mane olur. Nəticədə bu ancaq sakit vəziyyəti gücləndirə bilər.

Qadınlar tez-tez öz ehtiyaclarını qurban verirlər.

Qadınlar üçün cəmiyyətin və onun məhdudiyyətlərinin ümidləri ilə qarşılaşmalı olduğu halda özlərini xoşbəxt hiss etmələri çətindir. Kişilərlə müqayisədə onlar ictimai razılaşmaya daha kəskin reaksiya verirlər.

Bu da çox vaxt onların ehtiyaclarının digər insanlardan daha yüksək tutmalarına gətirib çıxarır. Vaxt keçdikcə bundan dərin küskünlük və narazılıq hissi yaranır.

Bütövlükdə qadınlar üçün hər şeyi düzgün etdiyi vacibdir, şəxsi xoşbəxtlik isə ikinci plana keçir. Kişilər isə daha çox şəxsi məmnuniyyət və əyləncəyə meyllidirlər.

Araşdırmalar bunu da göstərdi ki, qadınlar bir qayda olaraq özlərini kişilərdən daha etik aparırlar və çox vaxt “düzgün” etdiyini əmin olmadıqları halda utanc duyğusundan əziyyət çəkirlər. Əxlaq həmçinin onları daha böyük sevinc, sakitlik və məmnuniyyət gətirən daha faydalı və maraqlı iş axtarmağa ruhlandırır.

Gördüyünüz kimi, nəticədə hər şey çox mürəkkəbdir. Bəli, qadınlar stressə daha çox həssasdırlar, depressiya və psixoloji travmalara meyllidirlər. Amma onlar həm də inanılmaz dərəcədə stabildir və daha tez bərpa oluna bilirlər. Tədqiqatçılar hesab edirlər ki, bu onların sosial olması və ətrafdakıları daha dərindən anlamaq bacarığı ilə əlaqədardır.

Qeyd etmək vacibdir ki, bu müxtəlifliyə baxmayaraq, xoşbəxtlik sadəcə bir insanın hiss ediyi bir şey deyil. Bu, bütün əhatəyə yayılır. Xoşbəxtlik yoluxandır. Buna baxmayaraq, hər kəsin sağlamlığı və rifahına müsbət təsir göstərir.

 

Mənbə: lifehacker.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR