Slimfit
  1. GÜNDƏM

Nə üçün insanlar kütləvi şəkildə tualet kağızı alırlar?

Nə üçün insanlar kütləvi şəkildə tualet kağızı alırlar?
Sakura

Koronavirus təlaşı: alimlər insanların kütləvi qaydada tualet kağızı almalarını izah edirlər

Koronavirus COVID-2019 bütün dünyada ciddi panika yaradıb. Əksər ölkələrin karantin tətbiqi və sərhədlərin bağlanması ilə yanaşı, insanlar mümkün olduğu qədər çox miqdarda qida və tualet kağızı almağa başladılar. Lazımi məhsulların kütləvi şəkildə alınması sosial şəbəkə istifadəçiləri arasında gülüş yaradır və alimlərin qeyd etdiyi kimi, bu tendensiya demək olar hər yerdə müşahidə olunur.

Ens.az saytı bildirir ki, Dünya İqtisadi Forumunun məqaləsində tualet kağızının kütləvi şəkildə Avstraliya, Yaponiya, ABŞ, Yeni Zelandiya və Honq Konqda satın alındığı xüsusilə nəzərə çarpır. İki həftəlik təcrid olunan sakinlər bunun gündəlik ehtiyac olduğunu düşünürlər. Honq Konqda hətta tualet rulolarını oğurlamağa çalışan bir şəxs həbs olunub.

Avstraliyada yerləşən Kvinslend Universiteti Texnologiya Məktəbinin İctimai Sağlamlıq və Sosial İşlər fakültəsinin professoru Nicki Edvards izah edir ki, tualet kağızının bu cür tədarükü nəzarət-idarəetmə hissi ilə bağlıdır.

"Tualet kağızı idarəetməni simvollaşdırır. Biz onu" təmizləmək " üçün istifadə edirik. Bu, müzakirə üçün tabu olan bədən funksiyası ilə əlaqədardır. İnsanlar koronavirus haqqında eşidəndə idarəetməni itirməkdən qorxurlar. Onlar üçün tualet kağızı "Gigiyena və təmizliyə nəzarəti qorumağın bir yolu"dur müəllim bildirir.

Lakin Melburn Universitetindən Brayan Kuk isə hesab edir ki, tualet kağızı almalarını insanların böhran zamanı yaşadıqları streslə əlaqələndirir.

"Bunun insanların stresə necə cavab verməsi ilə əlaqəli olduğundan şübhələnirəm. Onlara rahatlıq və təhlükəsizlik elementi lazımdır. Bundan əlavə, insanlar təhlükə hiss etdikdə heç olmasa nəsə etməyi sevirlər" deyə ekspert izah edib.

Digər alimlər tualet kağızının onsuz da xarab olmadığını, gələcəkdə istifadə üçün saxlanıla biləcəyini, ancaq tədric olunan zaman onun olmamasının ciddi problemə çevrilə biləcəyini qeyd edirlər.

Bundan əlavə, panika içində olan insanlar təkcə tualet kağızı deyil, digər gigiyena vasitələri- üz üçün maksi, dezinfeksiyaedici maddələr də alırlar. Qida məhsulları təbii ki, korlanmaq xüsusiyyətinə malikdir.

"İnsanlar qorxu içindədir və ehtiyac duyduqlarını alırlar. Tualet kağızı şəxsi gigiyena vasitələrindən biridir. Yəqin ki, tualet kağızı həcmli olduğundan daha çox diqqətimizi çəkir. Digər bir amil - mağazadan şam yeməyi üçün nəsə aldıqda, onda hansısa inqredientin olmaması, yeməyi korlamayacaq və onu əvəz etmək olar, ancaq tualet kağızının olmaması bütün ailə üzvlərini narahat edəcək "deyə Kvinslend Mərkəzi Universitetinin eksperti Aleks Rassell izah edib.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR