Slimfit
  1. MARAQLI

Nə üçün buludlu havada yatmaq istəyirik?

Nə üçün buludlu havada yatmaq istəyirik?
Sakura

Nə üçün buludlu havada yatmaq istəyirik?

Mərkəzi Kvinslend Universitetindən olan xronobioloq Naomi Rocers bildirir ki, buludlu havada yatmaq istəməyimizin səbəbi işığın çatmamasıdır.

“Bizim işığın çatışmamasına verdiyimiz reaksiya çox da soyuq olmayan belə havada bizi evdə qalmağa və yatmağa məcbur edir”, Rocers belə vəziyyətin əsl səbəbini izah edərkən deyir.

Qeyd olunur ki, işıq şüaları yatmazdan bir neçə saat ifraz olunan və gecə boyu işləməyə davam edən “gecə hormonu” melatoninin ifrazını blok edir. Günəşin çıxması insanı yuxudan oyadan “bioloji saat” rolunu oynayır. Beləliklə, buludlu havada günəş olmayanda orqanizm oyanmaq vaxtının çatdığını sona qədər anlaya bilmir. “Soyuq olanda, yağış yağanda, buludlu havada siz oyanmaq barədə siqnal qəbul etmirsiniz. Siz bu barədə informasiya almırsınız: artıq gündüzdür, gəl gecə fəaliyyətini söndürək və gündüzə daxil olaq”, - xronobioloq deyir.

Rocersin sözlərinə görə günəş işığının olmaması insanların özünü yorğun hiss etməsinə gətirib çıxarır. Belə vəziyyətlə mübarizə üçün orqanizm tərkibində böyük həcmdə yağ və karbohidrat olan qida tələb edə bilər.

Bu müşahidə Humboldt adına Berlin Universitetindən olan Denissen Yapın araşdırmalarında qismən təsdiqlənib. Alimi hava parametrlərinin (temperatur, küləyin enerjisi, günəş işığı, yağış, hava təzyiqi və foto dövr) əhvala (müsbət təsiri, mənfi təsiri və ya yorğunluq) necə təsir etdiyi maraqlandırırdı.

Təcrübədə bütün Almaniya üzrə 1233 insan iştirak edirdi ki, onlar 2005-ci il iyul ayından 2007-ci il fevral ayına qədər gündəlik elektron anketi doldururdular. Onlar müəyyən günlərdə özlərinin hiss etdiyi emosiyaları qeyd edirdilər, sonra isə bu hesabatlar Almaniya Hava İnstitutu məlumatları ilə müqayisə olunurdu. Nəticədə aydın oldu ki, yaxşı hava insanları xoşbəxt hiss etməyə məcbur etmirdi, pis hava isə əhvala mənfi təsir edirdi. İlk növbədə günəş şüalarının olmamasından yorğunluq və ruh düşkünlüyü yaranırdı. Lakin tədqiqatçı qeyd edir ki, havanın belə effektina həddindən artıq qiymət vermək olmaz: onun orqanizmə təsiri əslində çox da böyük deyil.

Quartz nəşriyyatı qeyd edir ki, yağış zamanı və ondan sonra havanın insana sakitləşdirici təsirinin başqa səbəbləri də var. Bunun səbəbi yağışdan sonra ayrılan xüsusi müşk qoxusu ola bilər. Həmçinin belə yatızdırıcı təsiri insana şimşək çaxandan sonra yaranan ozon iyi də göstərə bilər.

Başqa bir nəzəriyyəyə əsasən yağışın özünün ritmik səsi yuxu gətizdirir. Bu səs çəhrayı adlanır, belə ki “belə güc spektri çəhrayı kimi anlaşılacaq”, Pekin Universitetinin dosenti fəlsəfə doktoru Dje Çjan izah edir. Çjan araşdırma apararaq çəhrayı səsin insan orqanizminə təsirini aydınlaşdırıb. Aydın olub ki, çəhrayı səsdə yatan təcrübədən keçənlərin 75%-də yuxu daha sakit olub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR