Slimfit
  1. MARAQLI

Nə üçün bayramda qüssələnirik? Bundan necə yaxa qartarmaq olar?

Nə üçün bayramda qüssələnirik? Bundan necə yaxa qartarmaq olar?
Sakura

Nə üçün bayramda qüssələnirik? Bundan necə yaxa qartarmaq olar?

Yeni il bayramının əyləncəli və yüksək əhval-ruhiyyədə qeyd edilməsinə baxmayaraq bəzi insanlar bu bayram ərəfəsində depressiyaya düşərək kədərlənirlər.
 
Psixoloqlar bildirirlər ki, köhnə ilin yeni ilə təhvil olması periodu çox həyacanlı və çətin keçdiyi üçün bir çoxlarının psixoloji vəziyyətlərində öz əksini tapır. Belə olduqda neqativ emosiyaları pozitiv emosiyalarından çox olan insanlar depresiyaya düşərək kədərlənirlər.
 
Medicina.az Yeni il depresiyasının səbəblərini açıqlayır:
 
Maliyyə. Pul çatışmazlığı qorxusu  bir çox insanlarda günahkarlıq və təlaş hissinin yaranmasına səbəb olur.
 
Stres. İnsan işdən yolulduqda Yeni il ərəfəsində üstəlik alış-veriş və ailəvi qonaqlığı planları səbəbindən stresə girə bilər. 
 
Tənhalıq. Yeni ili tənhalıqda keçirən insanlar özlərini bədbəxt hesab edirlər. 
 
Xatirələr. Ötən ildə baş verən hadisələr və ya yaxın insanların itirlməsi yani il bayramında xatırlanaraq qüssəyə səbəb olur. 
 
Qarşısını almaq üçün bunları edin: 
 
Plan qurun. Yeni il planlarınızı əvvəlcədən qurun. Bu sizi stresdən xilas edəcək.
 
Fikirlərinizi yaxınlarınızla bölüşün. Bu zaman həqiqətən də yüngülləşdiyinizi və rahatladığınızı hiss edəcəksiniz. 
 
Özünüzə vaxt ayırın. Özünüzə vaxt ayıraraq vanna qəbul edin, güzgü qarşısında dayaranar rəqs edin və s. Bu az da olsa sizi gümrahlaşdıracaq. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR