Slimfit
  1. AZƏRBAYCAN

Nə üçün azərbaycanlılar kütləvi şəkildə Amerika lotereyasında iştirak edir?

Nə üçün azərbaycanlılar kütləvi şəkildə Amerika lotereyasında iştirak edir?
Sakura

Nə üçün azərbaycanlılar kütləvi şəkildə Amerika lotereyasında iştirak edir?

Kimlər üçünsə 423 Avropa qalası və ya 2143 Ferrari əldə etmək arzusu artıq bu gün real ola bilər!

“Mega Millions” lotereya cekpotu bu gün üçün 393 milyon dollar, “Powerball” lotereya cekpotu isə- 288 milyon dollar təşkil edir. Amerika lotereyalarının məbləği ümumilikdə yarım milyard dollardan çoxdur.

Artıq iki aydan çoxdur ki, böyük Amerika lotereyalarının cekpotları artmağa davam edir. İki lotereya ümumilikdə bu həftə keçiriləcək oyunlarda iştirak edərək qazanılması mümkün olan yarım milyard dollardan artıq məbləğ, son dərəcədə gözəl mükafatlar təklif edir. Azərbaycan əhalisi kənarda qalmayıb və “TheLotter” servisi vasitəsilə ABŞ lotereya tirajında aktiv şəkildə iştirak edir.

Yeri gəlmişkən, cekpot qaliblərinin olmaması ümumilikdə qaliblərin olmaması demək deyil. Beləliklə, bu ay “TheLotter” saytının daha bir istifadəçisi qalib oldu - İslandiyadan olan şanslı adam “Mega Million” lotereyasını oynadı və 1 milyon dollar qazandı. “TheLotter” servisinin press-xidmət nümyəndələri artıq qalib ilə telefon danışığını qeydə alıblar və tezliklə saytda möhtəşəm qalibiyyət haqqında ətraflı məlumat veriləcək.

Ən böyük mükafatlar ABŞ lotereyasından əldə olunur. Beləliklə də, “Mega Millions”un 2018-ci ilin oktyabr ayında keçirilən oyun nəticələrinə görə 1,537 milyard dollar həcmində böyük mükafatı Cənubi Karolina sakininə çatdı. “Mega Millions”un bu cekpotu demək olar ki, dünya üzrə ən yüksək cekpot oldu.

Fərz etmək olar ki, bu kimi böyük mükafatları yalnız Amerika vətəndaşları qazana bilər, amma bu belə deyil. “Powerball”-un rəsmi veb saytına əsasən, istənilən şəxs “Powerball” bileti ala bilər… oyunda iştirak edə bilər… və mükafatlar qazana bilər...”. Saytda aydın şəkildə deyilib: “Sizin oyunda iştirak etməyiniz üçün ABŞ sakini və ya vətəndaşı olmağınız vacib deyil”.

Azərbaycan vətəndaşı ABŞ-a gələ bilər, bilet ala bilər və tiraj nəticələrini gözləyə bilər. Və ya yoxlanmış “TheLotter.com” lotereya servisi vasitəsilə tirajda onlayn iştirak edə bilər.

 Şəkil: “TheLotter”. ABŞ yerli ofis nümyəndəsi baş tutacaq oyuna müştərilər üçün bilet alır.

“TheLotter” 2002-ci ildən etibarən öz müştərilərinə demək olar ki, 100 milyon ABŞ dolları qazanmağa kömək edib. 2015-ci ilin sonunda İraq sakini 6.4 milyon ABŞ dolları həcmində “Oregon Megabucks” cekpotu qazandı. Panamadan olan təqaüdçü qadın 30 milyon ABŞ dolları həcmində “Florida Lotto” cekpotunun yeganə qalibi oldu. “TheLotter” İslandiya, Kanada, Salvador, Rusiya, Ukrayna və Avstraliyada lotereya milyonerlərinin yaranmasına kömək oldu.
“TheLotter” nümayəndəsi Ostin Uiver qeyd etdi ki, bu həftə “Powerball” və “Mega Millions” biletlərinin satışı üzrə böyük artım müşahidə edilir.

 “Cekpotlar bir çox alıcı kütləsini cəlb edərək tez-tez artır. Əməkdaşlarımız müştərilər üçün rəsmi lotereya biletləri üzrə sifarişlər hazırlayaraq gecə-gündüz işləyir. Müştərilərimizdən biri Amerika lotereyasının növbəti böyük qaliblərindən biri ola bilər”, - deyə o qeyd etdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR