Slimfit
  1. MARAQLI

Nə üçün ağacdələnlərin beyinləri zədə almır?

Nə üçün ağacdələnlərin beyinləri zədə almır?
Sakura

Alimlər ağacdələnlərin beyinlərinin zədə almamasının səbəbini aydınlaşdırıblar

Ens.az bildirir ki, ağacın gövdəsinə dimdiklə zərbələr endirmək baş ağrısı, çənə ağrıları, boyun və beyinin ciddi yaralanmalarına səbəb ola bilər. Ancaq ağacdələnlər bunu saniyədə 20 dəfə edə bilir və zərərli təsirlərdən əziyyət çəkmirlər.

Ağacdələnlərə Avstraliya materiki istisna olmaqla, dünyanın bütün meşə ərazilərində rast gəlinir. Bu quşlar özlərinə zərər vermədən dimdiklərini istifadə etmək üçün qeyri-adi bir qabiliyyətə sahibdirlər. Alimlər bu quşların kəllə sümüklərinin quruluşu ilə maraqlanıblar.

Ağacdələnin güclü quyruq lələkləri və caynaqları var. Onlar başı saniyədə 7 metr sürətlə hərəkət etdikdə tarazlığı qorumağa kömək edir. Elm adamları eyni zamanda bu quşun başının zərbələrə tab gətirə bilməyinin sirlərini axtarırdılar. Sümüklərin mikro quruluşunu araşdırdıqdan sonra kəllə sümüyünün biomexaniki analizini aparıblar.
Kəllə sümükləri fərqli kimyəvi tərkibə və sıxlığa malikdir. Digər quşlarla müqayisədə daha sərtdirlər. Təəccüblüdür ki, ağacdələnin kəllə sümüyü çox nazikdir və beyni kəllə sümüyündən ayıran mayenin miqdarı digər quş və heyvanlardakından azdır. Alimlərin fikrincə buna görə quşun kəlləsi eyni zamanda çevik və sərtdir.

Mayenin az miqdarda olması çox qaynadılmış yumurtanın sarısına bənzər bir təsirə malikdir. O çiy yumurta sarısıyla müqayisədə silkələnmədən zərər görmür. Bundan başqa, ağacdələnlərin dilində də sümük var, bu, onlara ağacdan həşərat çıxarmaqda kömək edir. Quruluşu dilin və sümüklərin bir yay kimi hərəkət etməsinə imkan verir.
Tədqiqat, ağacdələnin beynində qoruyucu və ya sağalma mexanizmlərinin olub-olmadığını da göstərəcəkdir. Bəlkə də beyini yaralanmalardan necə qorumağı və zədələnəcəyi durumlarda nə cür bərpa ediləcəyi də aydınlaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR