Slimfit
  1. CƏMİYYƏT

Nə qoyuruq, nə də doyuruq! Gömrükdən nəyi və necə keçirə bilərik

Nə qoyuruq, nə də doyuruq! Gömrükdən nəyi və necə keçirə bilərik
Sakura

Nə qoyuruq, nə də doyuruq! Gömrükdən nəyi və necə keçirə bilərik

Bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq.

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

Ens.az Sputnik.Az-a istinadən xəbər verir ki,, bununla bağlı avqustun 21-də Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyədək bu məbləğ 1000 ABŞ dolları idi.

Digər dəyişikliklə "Fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısı" genişləndirilib. 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Dəyişiklikləri şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, məhdudiyyətlərin sərtləşdirilməsi ölkəyə şəxsi istifadə ilə bağlı mal gətirilməsində müəyyən çətinlik yarada bilər: "Şəxsi istifadə ilə bağlı ölkəyə gətirilən bu məbləğlərdən yuxarı bütün malların gömrük rüsumları ödəniləcək. Daşıyıcı şirkətlərin qiymətlərində isə dəyişiklik olmayacaq. Bu, onların birbaşa xidmətlərinə aidiyyatı yoxdur".

Fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısından danışan ekspert bildirib ki, indiyədək 10 min ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli idi: "İndi ölkədən nağd pul çıxarılması ilə bağlı limit müsbətə doğru dəyişib və bu, 20 min manat (təxminən 12 min dollara yaxın) olub. Yəni 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısına daxil edilib. 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta ölkədən çıxarılarkən yazılı formada bəyan edilməli və rüsum ödənilməlidir".

"Fiziki şəxslər 12 min dollara yaxın vəsaiti ölkədən çıxara bilər və bunun üçün heç bir rüsum ödəməyəcəklər. Lakin bundan yuxarı məbləğlər üçün isə fiziki şəxslər rüsum ödəyirlər. Hüquqi şəxslərdə isə prosedur qaydaları fərqlidir" – deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR