Slimfit
  1. İQTİSADİYYAT

Nazirliyin Yüksək Texnologiyalar Parkı 2 startap layihəsinə qrant ayırıb

Nazirliyin Yüksək Texnologiyalar Parkı 2 startap layihəsinə qrant ayırıb
Sakura

Nazirliyin Yüksək Texnologiyalar Parkı 2 startap layihəsinə qrant ayırıb

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı (YTP) yerli startup və innovativ layihə müəlliflərinə səfər qrantları verməyə başlayır. 

Bu barədə “Report”a Parkdan məlumat verilib.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən startap layihələr üçün xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərdə, sərgilərdə, konfranslarda, festivallarda iştirak etmək, həmçinin, xarici investorlarla görüşlərin keçirilməsi məqsədilə YTP-dən qrant ala biləcəklər. 

Səfər qrantı verilən ilk layihələr “Ticketsetup” və "Onbranch" startap layihələdir.

"Ticketsetup" tədbir təşkilatçıları, muzey, teatr, stadion, sirk, kinoteatr, konsert salonları kimi məkanları, bilet operatorları üçün nəzərdə tutulan universal sistemdir. Sistem, biletin yaradılması, biletin satışı və həmçinin biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirir. Bu günə kimi Azərbaycanda “Ticketsetup” sistemi vasitəsilə 1,5 mln.dan artıq bilet satışı həyata keçirilib və hazırda Heydər Əliyev Mərkəzi, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Qala Qoruğu, Milli İncəsənət Muzeyi və s. kimi yüksək nüfuzlu mərkəzlər ilə əməkdaşlıq edilir.

Layihə rəhbəri qrant səfəri çərçivəsində Almaniyanın Köln şəhərində avropanın ən iri startap tədbirlərindən biri hesab edilən “StartupCon” tədbirində və sərgidə iştirak edəcək, həmçinin, akselerasiya proqramlarına qoşulacaq.

Digər layihə isə “OnBrunch” layihəsidir ki, hal-hazırda məkanların servislərinin virtual proyeksiyasını yaradır. Daha aydın desək, yaradılan “Virtual MALL”da həm insanlar, həm də xidmətlər var. Həmçinin “Onbranch”da məkanların menyuları, üçölçülü reservasiya sistemi, onlayn satış, endirimlər və bu kimi məlumatları əldə etmək mümkündür. Layihə çərçivəsində eyni məkanda olan istifadəçilər bir-biri ilə tanış olmaqla yanaşı ümumi qrup söhbətdən yararlanmaq və həmin məkanda şəkil paylaşmaq kimi unikal imkanlar da əldə etmiş olacaq. Özündə müxtəlif məkanları və onların ziyarətçilərini birləşdirən vahid platforma vasitəsilə məkanlar öz biznesini inkişaf etdirir, ziyarətçilər isə məkanların verdiyi fürsətlərdən maksimum faydalanır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR