Nazirliyin Xidməti binasının dam örtüyünə 2,5 milyon manat xərclədi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin elan etdiyi tenderlərinin qaliblərinin adları və bağlanmış müqavilələrin məbləğləri məlum olub.
“Marja” xəbər verir ki, Milli Geoloji Kəşfiyyat Xidməti “Azgersu” MMC ilə 2 müqavilə imzalayıb. Məbləği 2 milyon 495 min manat olan müqavilə “Milli Geologi Kəşfiyyat Xidmətinin inzibati binasının dam örtüyünün təmiri”ni nəzərdə tutur.
İkinci müqaviləyə əsasən, "Azgersu" "Milli Geologi Kəşfiyyat Xidmətinin inzibati binasının qaszanxanası üçün istilik çəninin alınması və quraşdırılması işləri"ni də həyata keçirəcəkdir. Bu müqavilənin məbləği 33 min 500 manatdır.
Həmçinin Milli Geoloji Kəşfiyyat Xidməti “SİM-KO ” MMC ilə də müqavilə bağlayıb. Məbləği 2 milyon 367 min manat olan müqavilə “Milli Geoloji Kəşfiyyat Xidmətinin inzibati binasında istilik sisteminin və kanalizasiya xətlərinin çəkilməsi”ni nəzərdə tutur.
Bundan başqa, Xidmət “Caspel” MMC-dən 19 milyon 724 min manatlıq geofiziki kəşfiyyat avadanlığı alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət